Warning: Use of undefined constant services - assumed 'services' (this will throw an Error in a future version of PHP) in /home/mpaz/www/services.php on line 99
Mirzayev&Partners Legal Firm

Vəkil araşdırmaları

Vəkil araşdırmaları

Müştərinin mənafeyinin daha keyfiyyətli müdafiəsi üçün, çox zaman müəyyən halların araşdırılması və yoxlanılması tələb olunur. Bu, hüquq mühafizə və digər nəzarət orqanları tərəfindən müştəriyə yönələn iddiaların mövcudluğu, müştəriyə qarşı hüquqa zidd əməllərin törədilməsi hallarının müəyyən edilməsi və şirkətin özü daxilində baş vermis pozuntuların aşkarlanması zərurəti ilə bağlı ola bilər. 

      Qüvvədə olan qanunvericiliyin verdiyi hüquqlar çərçivəsində fəaliyyət göstərən “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin vəkilləri müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, zəruri arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, mütəxəssislərdən rəy almaq, texniki vasitələrdən istifadə etmək yolu ilə zəruri sübutların toplanmasını həyata keçirirlər. Toplanmış sənədlər, izahatlar və rəylər təhlil olunur, nəticədə sübutların məcmusu ilə təsdiq olunan işin hallarının müəyyən edilməsinə imkan yaranır. Aşkar edilmiş hallar mübahisələrin həlli zamanı, o cümlədən məhkəmə prosesində sübut qismində istifadə oluna bilər. 

            Bizim vəkillər tərəfindən həmçinin müştərinin və digər şəxslərin əməllərinin mövcud qanunvericiliyin normalarına uyğunluğunun təhlili aparılır və bunun əsasında iş üzrə hüquqi mövqe və taktika müəyyənləşdirilir.

            Vəkil araşdırmasının nəticələri müvafiq rəylə rəsmiləşdirilir və əldə olunmuş sübutlarla bərabər müştəriyə verilir. 

“Mirzayev and Partners Legal Firm” hüquq şirkəti aşağıdakı araşdırmaları aparır:

VERGİ araşdırmaları

            Bu araşdırmanın məqsədi  sizin təşkilatın  vergi güzəştləri, azadolmalar və üstünlüklər əldə etməsinin əsaslılığına dair sübutların toplanmasından və onların əsasında vergi orqanlarına və məhkəməyə təqdim etmək üçün müvafiq hüquqi mövqenin fopmalaşmasından ibarətdir.

MALİYYƏ araşdırmaları

            Belə araşdırmalar ortaqların (şəriklərin) vicdansız əməlləri, xüsusilə müştəri tərəfindən ödənilmiş işlərin, xidmətlərin və digər öhdəliklərin yerinə yetirilməməsində ifadə olunan hərəkətləri zamanı aparılır. Hüquq şirkətinin vəkilləri ortağın törədə biləcəyi mümkün cinayət əməllərinin aşkar edilməsi məqsədi ilə vicdanşız ortaqlarla (şəriklərlə) qarşılıqlı münasibətlərin təhlilini və ekspertizasını aparır; müvafiq materiallar toplayır; hüquq mühafizə və digər orqanlara müraciət (ərizə) hazırlayır, araşdırmanı müşaiyət edir.

DAXİLİ təhqiqat

            Bu araşdırma, bir qayda olaraq müştəri şirkətin işçilərinin (əməkdaşlarının) sui-istifadə və ya cinayət əməlləri barədə şübhələr olduqda aparılır. Çox zaman belə araşdırma təşkilatın əsas (baş) strukturu tərəfindən filialların, ayrıca bölmənin rəhbərinin fəaliyyətinə nəzarət və vurulmuş zərərin miqdarının müəyyən edilməsi məqsədi ilə aparılır.   

BANK araşdırmaları

            Bank filiallarının fəaliyyətinin yoxlanılması, o cümlədən kreditləşmə sahəsində pozuntuların aşkar edilməsi məqsədi ilə aparılır. Bu araşdırmanın gedişində bankların rəhbərliyinin və təhlükəsizlik xidmətinin tapşırığı ilə bizim vəkillər pozuntuların baş verməsi hallarının aşkar edilməsi, əməli törətmiş şəxsin hərəkətlərində cinayətkar qəsdin mövcudluğunun və işin digər hallarının müəyyən olunması tədbirlərində iştirak edir. Bizim vəkillər bu kateqoriya pozuntular üzrə məhkəmə və hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, cinayətin əlamətlərinə dəlalət edən hallar aşkar olunduqda müvafiq materialların toplanıb aidiyyəti üzrə göndərilməsinə kömək edirlər.

Tərəfdaşlar