Warning: Use of undefined constant services - assumed 'services' (this will throw an Error in a future version of PHP) in /home/mpaz/www/services.php on line 99
Mirzayev&Partners Legal Firm

Əmək hüququ sahəsində hüquqi xidmətlər

Əmək hüququ sahəsində hüquqi xidmətlər

İşəgötürənin (idarə, müəssisə, təşkilat) işçi ilə əmək münasibətləri yaranan vaxtdan etibarən onlar arasında müxtəlif anlaşılmazlıqların, fikir ayrılıqlarının baş verməsi mümkündür. Bir çox hallarda, həmin ziddiyyətlərin həlli məhkəmə zalında mümkün olur. Əmək münasibətləri zamanı münaqişələr (mübahisələr) işəgötürənin vicdansızlığı, yaxud işçinin məsuliyyətsizliyi ilə yanaşı, həm də hüquq düşüncəsinin və hüquq mədəniyyətinin aşağı səviyyəsi, istehsalatda münasib şəraitin olmaması, qanunvericiliyə əməl edilməməsi və s. kimi səbəblərdən də ola bilər.

Biz, “Mirzayev and Partners Legal Firm” hüquq şirkəti əmək hüququ sahəsində yaranan bütün məsələlərin həlli ilə bağlı həm işəgötürənlərə, həm də işçilərə kömək etməyə hazırıq. Bizim hüquqşünaslar Sizi maraqlandıran istənilən suala cavab vermək üçün lazım olan professionallığa malikdir. Hüquqlarınızın pozulduğunu hiss etdiyiniz an bizə müraciət edin. Siz burada həm əmək hüququ üzrə peşəkar hüquqi məsləhətlər ala, həm də münaqişəli vəziyyətin danışıqlar yolu ilə aradan qaldırılmasına nail ola bilərsiniz.

“Mirzayev and Partners Legal Firm” hüquq şirkəti əmək hüququ sahəsində xidmətlərin aşağıdakı spektrini təklif edir:

- Kollektiv müqavilənin və sazişin, əmək müqaviləsinin hazırlanması (tərtib edilməsi) ilə bağlı hüquqi yardım;

- Kollektiv müqavilənin və sazişin, əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ləğvi (işçinin qanunsuz olaraq işdən çıxarılması) ilə əlaqədar məsələlərə dair hüquqi xidmətlər;

- Əmək şəraiti, iş vaxtı və istirahət vaxtı, əməyin ödənilməsi, attestasiya, məzunuyyət, işçinin intizam məsuliyyətinə cəlb edilməsi halları ilə bağlı işçi və işəgötürən arasında yaranan mübahisələrə dair hüquqi xidmətlər;

- İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətindən (birinin digərinə vurduğu ziyana görə məsuliyyət) yaranan mübahisələrin həlli üzrə hüquqi xidmətlər;

- Əməyin mühafizəsi ilə bağlı yaranan mübahisələrə dair hüquqi xidmətlər;

- Qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadə ilə bağlı yaranan məsələlərə dair hüquqi xidmətlər;

- Kollektiv və fərdi əmək mübahisələrinin (o cümlədən işə bərpa olunma ilə bağlı) həlli, mübahisələrin məhkəməyə qədər danışıqlar yolu ilə və məhkəmə qaydasında həlli ilə bağlı hüquqi xidmətlər;

- Əmək hüququnun pozulması ilə bağlı inzibati və cinayət işləri üzrə vəkil xidmətləri.

Tərəfdaşlar