Cinayət işləri üzrə icraata maksimum dərəcədə ciddi və məsuliyyətli yanaşmaq lazımdır. Cinayət huququ və cinayət prosesi səhvlərə və qeyri-dəqiqliklərə qarşı olduqca həssas olan bir sahədir və səhvlər aradan qaldırılması mümkün olmayan zərərlə nəticələnə bilər. Bu səbəbdən, cinayət təqibi ilə əlaqədar vəkilin professional yardımına etinasız yanaşmaq məsləhət deyil. İşin gedişi və nəticəsi bir çox hallarda zərər çəkmiş, şübhəli və təqsirləndirilən şəxslərin vəkilə nə qədər vaxtında müraciət etmələrindən birbaşa asılıdır.
Təcrübədə bəziləri tanış, bəziləri isə dostların və yaxınların arasında məsləhət verənlər axtarırlar, bununla da qiymətli vaxtı boşa sərf edirlər. Vəkil isə qanunvericiliyin incəliklərinə və oradakı dəyişikliklərə bələd olmaqla yanaşı, bu və ya digər cinayətlərə dair işlərdə necə davranmağı və işlərə hüquqi qiymət verməyi də yaxşı bilir.
“Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin cinayət işləri üzrə professional vəkilləri prosesin istənilən mərhələsində həm şübhəli və təqsirləndirilən şəxsin, həm də zərər çəkmiş şəxsin maraqlarının müdafiəsinə qoşula bilər. Bizim vəkillərin bu məsələlərdə professionallığı prestijli ali hüquq təhsilinə və çoxillik təcrübəyə söykənir.
Cinayət işləri üzrə şübhəli və təqsirləndirilən şəxslərin müdafiəsi olduqca mürəkkəb prosesdir və müsbət nəticə vəkilin böyük zəhməti hesabına başa gəlir. Bir çox hallarda istintaq və təhqiqat orqanları ilə “prosessual mübarizə” hətta münaqişələrə də gətirib çıxarır. İş üzrə həqiqətin müəyyən edilməsi əsas vəzifəsi olmaqla yanaşı, istintaq və məhkəməni hüquqları müdafiə olunan şəxsin təqsirsizliyinə inandırmaq vəkildən böyük iş, zəhmət və professionallıq tələb edir.
Zərər çəkmiş şəxslərin marqlarını müdafiə prosesin əks üzüdür. İstintaq bütünlüklə zərər çəkənin tərəfində olsa belə, bəzən cinayət işlərinin keyfiyyətsiz araşdırılması, süründürməçiliklər vətəndaşın hüquqlarının pozulması ilə nəticələnir. Buna görə zərər çəkmiş şəxslər hüquqlarının qorunması üçün daha aktiv mövqe nümayiş etdirməlidirlər. Bizim vəkillər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək, prosesin bütün mərhələlərində zərər çəkmiş şəxslərin hüquqlarını müdafiə edirlər.
“Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin vəkilləri müştərilərini cinayət qanunu ilə nəzərdə tutulmuş istənilən cinayətin törədilməsi ilə əlaqədar istənilən mürəkkəblikdə cinayət işləri üzrə müdafiə etməyə hazırdır. Bizim vəkillər şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda, dövlət hakimiyyəti əleyhinə olan cinayətlər, həmçinin iqtisadi sahə və hərbi xidmət əleyhinə olan cinayətlər üzrə böyük təcrübəyə malikdirlər. Bunlarla yanaşı, vəkillərimiz yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti və tibbi xarakterli məcburi tədbirlər kimi spesifik sahələri də mükəmməl mənimsəmişlər.
Cinayət işləri üzrə zərər çəkmiş, şübhəli və təqsirləndirilən şəxslərin, həmçinin hüquqi şəxslərin hüquqlarının müdafiəsi aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirilir:
- müştərinin mövqeyinə və müdafiə taktikasına uyğun vəkil araşdırmasının aparılması, sübutların toplanması və təqdim edilməsi;
- yoxlama (ibtidai araşdırma) aparan orqanlarla, habelə prosesin digər (əks) tərəfi ilə qarşılıqlı əlaqənin düzgün strategiya və taktikasının müəyyən olunması;
- aparılmış yoxlama (araşdırma) nəticəsində qəbul edilmiş qərarlar müştərinin mövqeyi ilə üst-üstə düşmədikdə, yoxlama (araşdırma) aparan orqanların qərarlarından şikayət verilməsi;
- işin materiallarının hərtərəfli öyrənilməsi nəticəsində müdafiə hüququnun, cinayət-prosessual və digər qanunvericiliyin pozulması hallarının aşkara çıxarılması və bundan müştərinin xeyrinə istifadə edilməsi üçün əsaslandırılmış vəsatətlər və şikayətlər verilməsi;
- yuxarı instansiya məhkəmələrinə əsaslandırılmış apellyasiya və kassasiya şikayətləri, vəsatətlər və ərizələr verilməsi;
- məhkəmə qərarlarının icrası ilə bağlı prosedurların düzgün yerinə yetirilməsinə nəzarət edilməsi;
- Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə və müştəri ilə razılaşmaya əsasən, digər tədbirlərin görülməsi.