Dekabrın 21-də “Caspian Energy Club” tərəfindən “Caspian Business Award 2022” beynəlxalq mükafatının təqdimat mərasimi keçirilib.

Mərasimdə "Mirzayev and Partners Law Firm" hüquq şirkəti "İlin hüquq şirkəti" nominasiyasına layiq görülüb.

“Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev "Mirzayev and Partners Law Firm" hüquq şirkətinin baş direktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyevi təbrik edib və şirkətə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Tərəfdaşlar