Dekabrın 20-də “Caspian Energy Club” tərəfindən “Caspian Business Award 2023” beynəlxalq mükafatının təqdimat mərasimi keçirilib.

Mərasimdə "Mirzayev and Partners Law Firm" hüquq şirkəti "İlin hüquq şirkəti" nominasiyasına layiq görülüb.

Mükafatı “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev "Mirzayev and Partners Law Firm" hüquq şirkətinin baş direktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyevə təqdim edib.

O, şirkətin kollektivini təbrik edib və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Öz növbəsində Şaiq Mirzəyev də göstərilən etimada görə təşəkkürünü bildirib və "Mirzayev and Partners Law Firm" hüquq şirkətinin keyfiyyətli hüquqi xidmət göstərilməsi sahəsində bundan sonra da əzmlə çalışacağını vurğulayıb.

Tərəfdaşlar