Ali Məhkəmə Qazaxıstan Respublikasının vətəndaşının barəsindəki qərardan verilən kassasiya şikayətini araşdırıb.
Bu barədə e-huquq.az-a təqsirləndirilən əcnəbinin hüquqlarını müdafiə edən vəkil Şaiq Mirzəyev məlumat verib.
O bildirib ki, hakim Ələsgər Əli Novruzovun sədrliyi ilə araşdırılan cinayət işinə çox ədalətli və obyektiv şəkildə baxılıb. Məhkəmənin qərarı ilə iş yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılıb:
"Əminəm ki, ədalətli hakimlərin sayəsində bu iş öz həllini tapacaq. Ali Məhkəmədə çıxarılan bu qərar bir daha sübut edir ki, cənab Prezidentin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanından sonra bu sahədə çox mütərəqqi addımlar atılır. Həm hüquq şirkətinin rəhbəri, həm də məhkəmə proseslərində iştirak edən vəkil kimi məhkəmə-hüquq sistemindəki bu inkişafın şahidi oluram".