"Mirzəyev və Partnyorları" Vəkil Bürosu vəkil və vəkilliyə namizədlərə əməkdaşlıq təklif edir.
Ümumi sahəsi 200 kv/m olan büroda vəkillərin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Qurumda qəbul masası, konfidensial otaq, vəkillərin fəaliyyəti üçün geniş sahəyə malik iş otağı olmaqla, mətbəx, ayrıca ibadət otağı və digər şəraitlə təmin edilib. Ofis dənizə baxır və 2 balkonu var.
Vəkil qurumu kompüter və zəruri avadanlıqlarla ən yüksək səviyyədə təmin edilib ki, bu da vətəndaşların keyfiyyətli hüquqi yardıma çatımlılığına xidmət xidmət edir.
Eyni zamanda büronun "Azure Business Center"də yerləşməsi də vəkillər üçün istirahət və əyləncə baxımından əlavə imkanlar yaradır. Mərkəzdə yeraltı parklama və bina ətrafında avtomobil dayanacağı mövcuddur. Həmin ərazi şəhərin bütün istiqamətlərinə rahat getmək üçün imkan yaradır.
"Mirzəyev və Partnyorları" Vəkil Bürosunda işləməyin üstün cəhətləri ondan ibarətdir ki, burada vəkillərə yeni işlər verilir və ciddi layihələrə cəlb olunurlar. Ofisin saxlanılma xərci 100 AZN təşkil edir. Ancaq ilk ayda vəkilin işi olmadığı təqdirdə həmin xərcdən azad olunur.
Eyni zamanda burada vəkillərə tanınmış hüquq informasiya portalı olan e-huquq.az-da məqalələrlə çıxış etmək imkanı da verilir.
Qeyd edilənləri nəzərə alaraq, vəkilləri "Mirzəyev və Partnyorları" Vəkil Bürosunda işləməyə dəvət edirik. Əminik ki, bizim peşəkar komandada çalışmaq sizə səmərəli iş və yeni imkanlar qazandıracaq.
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 noyabr küçəsi 15 (əvvəlki Nobel), Azure Business Center, 11-ci mərtəbə, 68 otaq.
Tel: 0123100988; 050228200