Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin rəhbəri, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyevin rəsmi dövlət qəzeti - "Azərbaycan" qəzetində məqaləsi dərc olunub.

"Uğurlu islahatlar ədalət mühakiməsinin səmərəliliyini artırır" adlı məqalədə son illərdə Azərbaycanda məhkəmə-hüquq sistemində aparılan islahatlardan bəhs olunub. 

Məqalədə bildirilib ki, dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasına əsasən, digər sahələrdə olduğu kimi, ədliyyə və məhkəmə sisteminin inkişafı üçün də ardıcıl tədbirlər həyata keçirilir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı ədliyyə və məhkəmə sistemi üçün mühüm "yol xəritəsi" olmaqla bu sahədə islahatların yeni mərhələdə davamına rəvac vermişdir. Artıq Fərmanın icrası ilə bağlı kompleks qanunvericilik, institusional və praktiki tədbirlər görülür.

Məqaləni bu linkə daxil olaraq oxuya bilərsiniz: 

https://www.azerbaijan-news.az/posts/detail/ugurlu-islahatlar-edalet-muhakimesinin-semereliliyini-artirir-1631998387

Tərəfdaşlar