Vəkillər Kollegiyasının nümayəndə heyəti Özbəkistanda keçirilən II Beynəlxalq Vəkillər Konfransında iştirak edib.

İclasda məruzəçilərdən "Mirzayev and Partners Law Firm" hüquq şirkətinin Baş direktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev "Azərbaycan Respublikasında sahibkarlığın hüquqi müdafiəsi" mövzusunda çıxış edib.

Ş. Mirzəyev sahibkarlığa dəstək üzrə dövlət siyasəti, sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi sistemi və "bir pəncərə" siyasəti, sahibkarlığın dəstəklənməsində ARVK-nın rolu və iştirakı, Biznes hüququ komitəsinin yaradılması və bir sıra digər aktual məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tərəfdaşlar