Bu gün Milli Məclisin deputatı Müşfiq Cəfərov e-huquq.az-a müsahibə çərçivəsində "Mirzayev and Partners Legal Firm" hüquq şirkətində də olub.

"Mirzəyev və Partnyorları" vəkil bürosunun müdiri Səyyad Mirzəyev qonağa şirkətin fəaliyyəti və xidmət sahələri barədə ətraflı məlumat verib.

Millət vəkilinin təmsil etdiyi  39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi üzrə seçicilərə "Mirzayev and Partners Legal Firm" şirkəti tərəfindən hüquqi yardım göstərilməsi ilə bağlı məsələlər müzakirə olunub.

M.Cəfərov şirkətin fəaliyyətini yüksək qiymətləndirərək, kollektivə fəaliyyətində uğurlar arzu edib.

Tərəfdaşlar