Be. – C. 09:00–18:00
Peşəkar
hüquqi xidmətlər
2,500 Tamamlanmış
4,300+ Məhkəmələr
10+
Biznes partnyorlar
Konsultasiya

Komandamız

Peşəkarlar xidmətinizdə

Nə üçün bizi seçirlər?

“Mirzayev and Partners Law Firm” hüquq sahəsində uzunmüddətli təcrübəyə malik, yüksək ixtisaslı mütəxəssislərdən ibarət peşəkar komanda ilə xidmət göstərir. Bizim hüquqşünaslarımız milli və beynəlxalq hüquq üzrə dərin biliklərə, məhkəmə və arbitraj təcrübəsinə, eləcə də hüququn müxtəlif sahələrində unikal iş təcrübəsinə malikdirlər.

Peşəkar komandamız hər bir müraciətə fərdi yanaşaraq müştərilərimizin ehtiyaclarına uyğun həllər təqdim edir. Keyfiyyətə, etibarlılığa və operativ xidmətə verdiyimiz önəm sayəsində müştərilərimizin etimadını qazanırıq. Müasir yanaşmamız və məsuliyyətli iş prinsipimizlə gözləntiləri doğrultmağa çalışırıq. Bizim üçün hər bir müştəri ilə uzunmüddətli və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq əsas prioritetdir.

0+
Partnyor
0+
Biznes partnyorlar
+
Məhkəmələr
+
Tamamlanmış
Uzun illər ərzində müxtəlif hüquqi məsələlərin həllində qazandığımız təcrübə və uğurlu nəticələr müştərilərimizə göstərdiyimiz xidmətin əsasını təşkil edir. Çoxsaylı işlərin uğurla həll edilməsi bizə hüquqi problemlərə peşəkar, çevik və nəticəyönümlü yanaşmağa imkan verir. Məqsədimiz hər bir müştərinin hüquq və qanuni mənafelərini etibarlı şəkildə qorumaqdır.

Azərbaycan Respublikasında iş icazəsini necə almaq olar?

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir.

Şirkət necə açılır?

Şirkətlərin açılması vergi orqanlarında həyata keçirilir. Nizamnamə, hüquqi ünvan haqqında sənəd – mülkiyyət hüququnu təsdiq edən sənədin surəti (əhalinin qeyri-müəyyən hissəsi tərəfindən “kupça” adlandırılan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”), sahibinin razılıq ərizəsi və şəxsiyyətini təsdiq edən sənədin surəti notarial qaydada tədiq edilir.

Tenderlər necə təşkil olunur?

Sifarişçi tender komissiyasını formalaşdırır, daha sonra tenderin əsas şərtlər toplusunu hazırlayır və nəhayət, tender komissiyası tərəfindən tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanını dərc etdirir və ya mal göndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvət göndərir.

Doğum yeri üzrə qeydiyyat necə ala bilərəm?

Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini (viza səhifəsi və ölkəyə son girişi göstərilmiş səhifələr daxil olmaqla)

Çəkinmədən müraciət edin

Hüquqi məsələlərinizlə bağlı yaranan istənilən sualı cavablandırmağa və sizə peşəkar dəstək göstərməyə hazırıq. Müraciətinizi diqqətlə dinləyərək məsələnin mahiyyətini aydınlaşdırır və uyğun hüquqi həll yollarını təqdim edirik. Hüquq və qanuni mənafelərinizin qorunması üçün hər bir müraciətə fərdi və məsuliyyətli yanaşırıq. Suallarınızı bizimlə bölüşməkdən çəkinməyin — sizə mümkün qədər aydın, dolğun və faydalı məlumat verməyə çalışacağıq. Bizimlə əlaqə saxlayaraq hüquqi məsələniz üzrə ilkin məsləhət və dəstək ala bilərsiniz.