Be. – C. 09:00–18:00
Peşəkar
hüquqi xidmətlər
2,500 Tamamlanmış
4,300+ Məhkəmələr
10+
Biznes partnyorlar
Konsultasiya

Haqqımızda

Missiyamız

Bilik və məsuliyyətimizə güvənərək ədalətin bərqərar olmasına nail oluruq.

“Mirzayev and Partners Law Firm” hüquq şirkəti Sizin problemlərinizi hüquq müstəvisində həll etməyə qadir təcrübəli, müstəqil vəkillərin və hüquqşünasların komandasıdır. Biz hüquqi və fiziki şəxslərin müdafiəsini və ən müxtəlif hüquqi problemlərin, ən mürəkkəb hüquqi məsələlərin müasir həllini təklif edirik. İstər yerli, istərsə də xarici müştərilərin problemlərini həll etməyə hazırıq. Biz “Mirzayev and Partners Law Firm” hüquq şirkətinin gələcəyinə böyük ümidlərlə baxırıq, çox ciddi və iddialı planlarımız vardır.

Bizim xidmətlərin keyfiyyəti hüququn bütün sahələri üzrə ekspert səviyyəsində biliklərə və təcrübəyə malik əməkdaşlarımızın olması, hüquq sisteminin fəaliyyətinin xüsusiyyətlərini bilməyimiz, hər bir müştəriyə fərdi və bir tərəfdaş kimi yanaşmağımız, yüksək professionallıq, məlumatların konfidensiallığının qorunması və etik standartlara əməl etməyimizlə bağlıdır. Müştərilərimizlə uzunmüddətli münasibətlərin qurulmasının tərəfdarıyıq.

Baş direktor

Müştərinin mənafeyi tələb edən hər zaman və hər yerdə yanınızdayıq

Komandamızın üzvləri Azərbaycan Respublikasının, eləcə də xarici ölkələrin aparıcı hüquq şirkətlərində, dövlət müəssisələrində uzun illər çalışmış, hüququn ayrı-ayrı sahələri üzrə ixtisaslaşmış, müxtəlif beynəlxalq təlimlərdə iştirak etmiş və müsbət iş təcrübəsinə malik olan hüquqşünaslar və vəkillərdir.

Biz qanunvericilikdəki dəyişiklikləri diqqətlə izləyirik və günün tələblərinə uyğun olaraq, təklif etdiyimiz xidmətlərin spektrini daim genişləndiririk.

Müştərinin mənafeyi tələb edən hər zaman və hər yerdə yanınızdayıq.

Peşəkar hüquqi yanaşma

Hər bir hüquqi məsələyə peşəkar və məsuliyyətli yanaşır, müştərilərimizin ehtiyaclarını diqqətlə qiymətləndiririk. Məqsədimiz hüquqi problemlərin düzgün təhlili və effektiv həll yollarının müəyyən edilməsidir.

Fərdi yanaşma

Hər bir müştərinin hüquqi məsələsi özünəməxsusdur. Buna görə də müraciətləri fərdi qaydada nəzərdən keçirir, konkret vəziyyətə və müştərinin qanuni maraqlarına uyğun hüquqi həllər təqdim edirik.

Hüquqların müdafiəsi

Müştərilərimizin hüquq və qanuni mənafelərinin qorunması fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Hüquqi prosesin bütün mərhələlərində onların maraqlarını müdafiə etmək üçün ardıcıl və prinsipial mövqe nümayiş etdiririk.

Uğurlu nəticələr

İllər ərzində müxtəlif hüquqi məsələlərin həlli üzrə qazandığımız təcrübə uğurlu nəticələr əldə etməyimizə imkan verir. Hər bir işə diqqətlə yanaşaraq mümkün qədər səmərəli və nəticəyönümlü fəaliyyət göstəririk.

Etibarlı əməkdaşlıq

Müştərilərimizlə münasibətlərimizi qarşılıqlı etimad, şəffaflıq və peşəkar ünsiyyət prinsipləri əsasında qururuq. Hüquqi prosesin hər mərhələsində müştərilərimizi məlumatlandırır və onları lazımi hüquqi dəstəklə təmin edirik.

Müasir hüquqi xidmət

Qanunvericilikdəki dəyişiklikləri və hüquqi təcrübədəki yenilikləri daim izləyir, müasir yanaşmalardan istifadə edirik. Məqsədimiz yüksək keyfiyyətli, çevik və etibarlı hüquqi xidmət göstərməkdir.

Müştərilərimizin fikirləri

  • “

    Bu hüquq şirkətinin peşəkarlığı və operativliyi məni çox razı saldı. Mütəxəssisləri hər detalı diqqətlə analiz edərək, mənim üçün ən uyğun həlli tapdılar. Xidmət yüksək səviyyədə və etibarlıdır. Təşəkkür edirəm!

    Elmir Rzazadə
    Müştəri
  • “

    Müraciət etdiyimiz ilk gündən bizə göstərilən diqqət və peşəkar yanaşmadan razı qaldıq. Prosesin hər mərhələsində ətraflı məlumatlandırıldıq və bütün suallarımıza aydın cavablar aldıq. Göstərilən xidmətin keyfiyyəti və məsuliyyətli yanaşma bizim üçün çox dəyərlidir. Əməkdaşlığınız üçün təşəkkür edirik

    Elçin Məmmədov
    Müştəri
  • “

    Xidmətlərinizdən istifadə etdiyimiz müddətdə peşəkarlığınız və operativliyiniz bizi məmnun etdi. Müraciətimizə ciddi yanaşılması və işin vaxtında görülməsi bizim üçün böyük əhəmiyyət daşıyırdı. Göstərdiyiniz diqqət və etimada layiq xidmət üçün minnətdarıq. Sizi başqalarına da məmnuniyyətlə tövsiyə edirik.

    Fazil Poladov
    Müştəri

Konsultasiyaya yazıl

Hüquqi məsələlərinizlə bağlı peşəkar məsləhət və hüquqi dəstəyə ehtiyacınız varsa,
bizimlə əlaqə saxlaya bilərsiniz.