Warning: Use of undefined constant services - assumed 'services' (this will throw an Error in a future version of PHP) in /home/mpaz/www/services.php on line 99
Mirzayev&Partners Legal Firm

Ailə hüququ sahəsində hüquqi xidmətlər

Ailə hüququ sahəsində hüquqi xidmətlər

Nikah, ailə, uşaqların tərbiyəsi hüquqi fəaliyyət üçün olduqca həssas sahədir. Ona görə, ailə hüququ üzrə savadlı hüquqşünas həm də yüksək mənəvi keyfiyyətlərə sahib olmalı və xüsusilə diqqətli davranmalıdır. Digər tərəfdən, məsələ hər birimiz üçün ən mühüm olan ailə ilə bağlı olduğuna görə, bu sahədə hüquqi yardımın yüksək professionallığa malik hüquqşünasın göstərməsi müştəri üçün də xüsusi əhəmiyyət kəsb edir.

Sevindirici haldır ki, “Mirzayev and Partners Legal Firm” komandasının üzvləri ailə hüququ sahəsində yüksək ixtisaslı və keyfiyyətli yardım göstərmək üçün yuxarıda sadalanan bütün özəlliklərə malikdirlər.

Ailə hüququ sahəsində “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin vəkilləri aşağıdakı məsələlərlə əlaqədar hər zaman xidmətinizdədirlər:

  • Nikah müqaviləsinin hazırlanması ilə bağlı hüquqi yardım;
  • Nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar hüquqi yardım;
  • Ər-arvad arasında əmlak bölgüsü məsələləri ilə bağlı hüquqi yardım;
  • Atalığın müəyyən edilməsi məsələləri ilə bağlı hüquqi yardım;
  • Ailədə valideyn-uşaq münasibətləri, valideynlik hüquqlarından məhrumetmə və valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məsələlər üzrə yardım;
  • Yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsinə yönələn hüquqi yardım;
  • Ailə üzvlərinin aliment öhdəlikləri üzrə məsələlər, alimentin ödənilməsi barədə sazişin hazırlanması;
  • Övladlığa götürmə, qəyyumluq və himayə məsələləri ilə bağlı hüquqi xidmətlər.

Tərəfdaşlar