Ali Məhkəmədə pul tələbinə dair iddia ilə bağlı verilən qərardan kassasiya şikayətinə baxılıb.

Bu barədə e-huquq.az-a “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Qulam İsmayılzadə məlumat verib.

Onun sözlərinə görə, Bakı Apelyasiya Məhkəməsinin hakimi Elnur Həsənov qarşı tərəfin həqiqiliyini müəyyən etmək mümkün olmayan "WhatsApp" ekran görüntüləri (screenshot) əsasında qərar qəbul edib: "Tərəf mənşəyi məlum olmayan "screenshot"ları çap edərək məhkəməyə təqdim edir və təəssüflər olsun ki, hakim Elnur Həsənov da bu saxta sübut əsasında iddianı təmin edir. Lakin Ali Məhkəmədə hakim İlqar Dəmirov bu qərarı yanlış olduğu üçün ləğv etdi. Cənab hakim İlqar Dəmirova ədalətli qərar qəbul etdiyi üçün təşəkkür edirəm".

Xatırladaq ki, Səbail Rayon Məhkəməsi tərəfin sözügedən işlə bağlı iddiasını təmin etməmişdi. Bundan sonra tərəf Bakı Apelyasiya Məhkəməsinə müraciət etmişdi.

Tərəfdaşlar

Caspian Energy Club
Yelo Bank
AMCHAM
IOD
E-hüquq