“Mirzəyev və Partnyorları” Vəkil Bürosu büroya məxsus çöl reklamının sosial şəbəkələrdə müzakirələrə səbəb olmasına aydınlıq gətirib.

E-huquq.az-a daxil olan açıqlamada bildirilir:

"Əldə etdiyimiz razılığa əsasən, şəhərin mərkəzi küçələrindən birində “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun çöl reklamı yerləşdirilib. Daha sonra reklamın yerləşdiyi binada geyim mağazası fəaliyyətə başlayıb. Bizə məxsus reklamın geyim mağazasının üzərində yerləşməsi anlaşılmazlığa səbəb olub. Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri mağazanın üzərində həmin reklam lövhəsinin əks olunduğu fotosunu paylaşaraq büronu gülüş hədəfinə çevirməyə çalışır. Bildirmək istəyirik ki, mağazanın fəaliyyətinin heç bir halda büromuza aidiyyatı yoxdur. Hər bir sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyekt öz fəaliyyəti çərçivəsində əxlaq və ictimai normalara əməl etməli və qanuna uyğun şəkildə fəaliyyəti ilə məşğul olmalıdır.

Məlumat üçün bildirək ki, fotoda əks olunan yer “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun keçmiş ünvanıdır. Ofisimiz indi həmin yerdə deyil, "Azure Business Center", Nobel Prospekti 15 ünvanında yerləşir".

Xatırladaq ki, “Mirzəyev və Partnyorları” Vəkil bürosu 2019-cu ildən fəaliyyətdədir. Fəaliyyətindən qısa müddət keçməsinə baxmayaraq, büro vətəndaşlar arasında böyük nüfuz və etibar qazanıb. Eyni zamanda vəkil bürosu minlərlə aztəminatlı ailəyə hüquqi yardım göstərib.

Tərəfdaşlar