Bu gün "Mirzayev & Partners Legal Firm" hüquq şirkətində  28 May - Respublika Günü münasibətilə şahmat üzrə turnir keçirilib. Turnirdə şirkətin 9 əməkdaşı mübarizə aparıb.

Bir gün ərzində keçən yarışmanın nəticəsində Qulam İsmayılzadə 1-ci, Fərid Məmmədli 2-ci, Elxan Ələkbərov 3-cü yeri tutub.

Şirkətin rəhbəri, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev qalibləri və turnirdə fərqlənən iştirakçıları 28 May - Respublika Günü münasibətilə təbrik edib, onlara mükafatlar təqdim edib.

Qeyd edək ki, yarışın mükafat fondu 600 manat təşkil edib. 1-ci yer tutana 300 manat, 2-ci yer tutana 200 manat və 3-cü yer tutana 100 manat mükafat təqdim olunub.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Tərəfdaşlar

Caspian Energy Club
Yelo Bank
AMCHAM
Rabitə bank
IOD
E-hüquq