"Mirzəyev və Partnyorları" Vəkil Bürosunda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə ənənəvi şahmat turniri keçirilib. 

Gərgin və maraqlı keçən yarış nəticəsində Elxan Ələkbərov 1-ci, Anar Məmmədov 2-ci, Qulam İsmayılzadə isə 3-cü yeri tutub. 

"Mirzayev and Partners Law Firm" hüquq şirkətinin rəhbəri, vəkil, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev qalibləri və turnirdə fərqlənən iştirakçıları təbrik edib, onlara mükafatlar təqdim edib. 

Qeyd edək ki, yarışın mükafat fondu 600 manat təşkil edib. 1-ci yeri tutana 300, 2-ci yerə 200 və 3-cü yerə 100 manat mükafat təqdim olunub.

Tərəfdaşlar