Bu gün "Mirzəyev və Partnyorları" Vəkil Bürosunda 28 May - Müstəqillik Günü münasibətilə ənənəvi şahmat turniri keçirilib.

Turnirdə büronun 9 əməkdaşı mübarizə aparıb. Əvvəlki oyunlardan fərqli olaraq, bu dəfə mübarizəyə büronun xanım vəkili Şəmsiyyə Quliyeva da qatılıb. Gərgin və maraqlı keçən yarışmanın nəticəsində Elxan Ələkbərov 1-ci, Qulam İsmayılzadə 2-ci, Natiq Fərzəliyev isə 3-cü yeri tutub.

"Mirzayev and Partners Law Firm" hüquq şirkətinin rəhbəri, vəkil, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev qalibləri və turnirdə fərqlənən iştirakçıları 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib, onlara mükafatlar təqdim edib.

Qeyd edək ki, yarışın mükafat fondu 600 manat təşkil edib. 1-ci yer tutana 300 manat, 2-ci yer tutana 200 manat və 3-cü yer tutana 100 manat mükafat təqdim olunub.

Tərəfdaşlar