“Heydər Əliyev İli” ilə əlaqədar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tədbirlər planına uyğun olaraq ödənişsiz hüquqi yardım aksiyaları davam edir. 

Tədbirlər planı çərçivəsində “Mirzəyev və partnyorları” Vəkil Bürosunun vəkilləri tərəfindən avqustun 10-da Naxçıvan Muxtar Respublikasında vətəndaşlara pulsuz hüquqi yardım göstərilib.

Aksiya zamanı 30-dan çox vətəndaşın ərizə və şikayətlərinə baxılıb. Eyni zamanda mülki, ailə və inzibati işlərə dair məsləhətlər verilib.

Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, pul tələbi, kredit mübahisəsi, torpaq mübahisələri, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.

Qeyd edək ki, “Heydər Əliyev İli” ilə əlaqədar Vəkillər Kollegiyası tərəfindən hər təqvim ayının 10-da vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilir.

Tərəfdaşlar