Milli Məclisin deputatı Əminə Ağazadənin müraciəti əsasında "Mirzayev&Partners Legal Firm" hüquq şirkətinin hüquqşünasları Kürdəmirdə bir qrup sakinlə görüş keçirib.

E-huquq.az xəbər verir ki, görüşdə sakinlərin hüquqi məsələlərlə bağlı problemləri dinlənilib və onlara pulsuz hüquqi yardım göstərilib. Hüquqşünaslar problemlərin həlli istiqamətində izahedici söhbətlər aparıb. Müvafiq sənədlərə baxış keçirilib, lazımi qeydlər götürülüb. Bəzi məsələlərlə bağlı yerindəcə tədbir görülüb.

Göstərilən yardımdan məmnun qalan vətəndaşlar "Mirzayev&Partners Legal Firm" hüquq şirkətinə, şirkətin Əmlak və İnzibati İşlər üzrə Departament direktoru Natiq Fərzəliyevə minnətdarlıqlarını ifadə ediblər.

Tərəfdaşlar