Milli Qurtuluş Günü münasibətilə "Mirzayev and Partners Legal Firm" hüquq şirkətinin və "Mirzəyev və Partnyorları" Vəkil Bürosunun hüquqşünas və vəkilləri Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Gənc müstəqil Azərbaycan dövlətinin ağır sınaqlar qarşısında qaldığı bir dövrdə xalqın tələbi ilə 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdaraq ölkəmizi parçalanmaqdan, müstəqilliyin itirilməsi təhlükəsindən xilas edən ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi dərin ehtiramla anılıb.

Tərəfdaşlar