Bu gün “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin əməkdaşları Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

Əməkdaşlar 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşməndən əldə etdiyimiz hərbi qənimətlərlə yaxından tanış olublar. Onlar açıq səma altında salınan parkda nümayiş olunan atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlarla tanış olaraq xatirə fotoları çəkdiriblər.

Vurğulanıb ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük önəm kəsb edən Hərbi Qənimətlər Parkı Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərərək qazandığımız tarixi qələbənin əsəri, ordumuzun güc və qüdrətinin əyani təzahürüdür. İkinci Qarabağ müharibəsinin real nəticələri ilə daha yaxından tanış olmaq imkanı verən bu Park gələcək nəsillərin tariximizi daha yaxından öyrənməsinə şərait yaradacaq.

Qeyd edək ki, Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Tərəfdaşlar