“Mirzayev and Partners Legal Firm” hüquq şirkəti "Legal500" tərəfindən akkreditasiya olunub.

Təcrübəli hüquqşünaslardan ibarət peşəkar komandası ilə nüfuzlu platformada, dünyanın qabaqcıl hüquq şirkətləri ilə bir sırada yer alan "Mirzayev and Partners Legal Firm" Hüquq Şirkəti bu uğuru yüksək qiymətləndirir və müştərilərinə təşəkkür edir.

Şirkət bundan sonra da fəaliyyətinin səmərəliyini artırmağı və müştərilərinə daha keyfiyyətli hüquqi xidmət göstərməyi qarşısına hədəf qoyur. 

Məlumat üçün bildirək ki, "Legal500" artıq 33 ildir ki, dünyada hüquq şirkətlərinin imkanlarını təhlil edərək qlobal hüquq bazarının ən müasir vəziyyətini ortaya qoyan araşdırma sistemidir. "Legal500" hüquq şirkətlərinin təqdim etdiyi xidmətlərlə bağlı hər il yenilənən bir siyahı tərtib edən, hər kəsin baxa biləcəyi bir platformadır. Bu platforma bütün dünyada şirkətlərinin şirkətlərinin nəbzini tutmaqdadır. 

Hüquq şirkətləri müxtəlif meyarlar və təhlillərdən sonra müəyyən edilir və "Legal 500"ə daxil edilir. Dünyada təxminən 250 000 müştərinin fikir və rəyləri əsasında hüquq şirkətləri analiz edilir. Bu təhlilin nəticələrinə görə hər il şirkətlərin yerləri mütəmadi olaraq dəyişdirilir.

Tərəfdaşlar