1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə "Mirzayev and Partners Law Firm" hüquq şirkəti valideyn himayəsindən məhrum olan uşaqları diqqətdən kənarda saxlamayıb.

Şirkətin kollektivi Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağını ziyarət edərək, orada yaşayan uşaqlarla xoş münasibət qurub, onlara "AZGRANATA" MMC-nin məhsullarından hədiyyələr veriblər. Tədbirdə tanınmış müğənini Nigar Camalın iştirakı isə uşaqların ikiqat sevincinə səbəb olub. Uşaqlarla maraqlı, əyləncəli oyunlar təşkil edilib.

Sığınacağın rəhbəri Nigar Mənsimova göstərilən diqqətə görə "Mirzayev and Partners Law Firm" hüquq şirkətinə təşəkkür edib.

Sonda "Mirzayev and Partners Law Firm" hüquq şirkətinin Baş direktoru Şaiq Mirzəyev və N. Mənsimova sığınacağın əməkdaşlarına, azyaşlılara, oradakı valideynlərə ödənişsiz hüquqi yardımın göstərilməsi barədə razılığa gəliblər.

 

 

Tərəfdaşlar