Bu gün Milli Məclisin deputatı Ramin Məmmədov e-huquq.az-a müsahibə çərçivəsində "Mirzayev and Partners Legal Firm" hüquq şirkətində də olub.

Şirkətin rəhbəri, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev qonağa şirkətin fəaliyyəti və xidmət sahələri barədə ətraflı məlumat verib.

Görüşdə həmçinin "Mirzəyev və Partnyorları" vəkil bürosunun müdiri Səyyad Mirzəyev və şirkətin Məhkəmə və Cinayət İşləri üzrə Departament Direktoru Fərid Məmmədli iştirak edib.

Millət vəkili şirkətin fəaliyyətini yüksək qiymətləndirərək, kollektivə fəaliyyətində uğurlar arzu edib.

 

Tərəfdaşlar