Tibb və sağlamlığın qorunması sahəsində hüquqi xidmətlər

Tibb və sağlamlığın qorunması sahəsində hüquqi xidmətlər

Sizə tibbi yardım göstərilmişdir. Lakin hesab edirsiniz ki, sağlamlığın qorunması sahəsində hüquqlarınız pozulmuşdur, yaxud xidmətin (müalicənin, əməliyyatın) keyfiyyəti Sizi qane etmir. Bu zaman Siz “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinə müraciət edə bilərsiniz. Şirkətimizin tibb məsələləri üzrə ixtisaslaşmış hüquqşünasları istənilən problemi operativ şəkildə həll edəcəklər. Təcrübəli hüquqşünas Sizin işi diqqətlə öyrənib, pasiyentin hüquqlarının tibb müəssisəsi və ya həkim tərəfindən pozulması faktını müəyyən edəcək və ədalətin bərqərar olmasına, mənəvi zərərə görə kompensasiyanın ödənilməsinə nail olacaqdır.

Şirkətimizin hüquqşünasları təkcə pasiyentlərə deyil, həkimlərə və tibb müəssisələrinə də xidmət göstərir.

“Mirzayev and Partners Legal Firm” şirkətində aşağıdakı hüquqi xidmətlər göstərilir:

  • tibbi-sosial yardımın göstərilməsinə dair qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar hüquqi yardım;
  • tibb müəssisəsində müalicə, cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. ilə əlaqədar sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi məqsədi ilə hüquqi yardım;
  • tibbi ekspertizaların aparılması ilə əlaqədar hüquqi yardım (əlilliyin əldə edilməsi üçün hüquqi yardım da daxil olmaqla);
  • özəl tibbi fəaliyyətin və özəl tibbi praktikanın tənzimlənməsi məsələləri ilə əlaqədar hüquqi yardım (dərman və tibb vasitələrinin idxalı, özəl tibbi fəaliyyətlə məşğul olmaq və s. üçün müəyyən edilmiş prosedurların yerinə yetirilməsi, müvafiq orqanlara müraciət üçün sənədlər toplusunun hazırlanması);
  • pasiyent və tibb müəssisəsi arasındakı mübahisələrin danışıqlar yolu ilə həllində iştirak və kömək;
  • pasiyentlərin, tibb və əczaçılıq işçilərinin hüquqlarının qorunması və sosial müdafiəsi;
  • qanunvericiliyə uyğun tibbi-hüquqi konsultasiyaların verilməsi.

 

Tərəfdaşlar

Caspian Energy
Iod
Amcham