Hüquqi tərcümə və redaktə

Hüquqi tərcümə və redaktə

“Mirzayev and Partners Legal Firm” hüquq şirkətində hüququn müxtəlif sahələrinə aid olan sənədlərin və müxtəlif dillərdəki hüquqi informasiyanın xüsusi dəqiqliklə və aydın şəkildə yerinə yetirilən tərcüməsi, habelə başqa yerdə tərcümə edilmiş mətnin təcrübəli hüquqşünaslar tərəfindən redaktəsi xidməti mövcuddur. Şirkətimizdə Azərbaycan, rus, türk və ingilis dillərinə tərcümə və redaktə həyata keçirilir.

Aşağıdakı sənədlərin tərcüməsi və redaktəsi təklif olunur:

  • normativ hüquqi aktların və onların layihələrinin tərcüməsi;
  • hüquq mühafizə orqanlarının və məhkəmələrin cari və yekun aktlarının tərcüməsi;
  • təsis sənədlərinin, lisenziyaların, müqavilələrin, ərizə və yazışmaların (məktubların) tərcüməsi;
  • hüquqi (ekspert) rəylərin, memorandumların tərcüməsi;
  • notarial sənədlərin tərcüməsi;
  • şəxsiyyəti təsdiq edən, hüquq verən, faktı və vəzifələri müəyyən edən sənədlərin tərcüməsi;
  • istənilən hüquqi sənədin, o cümlədən elmi məqalə və çıxışların redaktəsi.

Tərcümə və redaktə olunmuş sənədlər müştərinin arzusu ilə müvafiq şəkildə, o cümlədən notarial qaydada rəsmiləşdirilir və müştəriyə təqdim edilir.

Tərəfdaşlar

Caspian Energy
Iod
Amcham