Əqli mülkiyyət hüququnun müdafiəsi sahəsində hüquqi xidmətlər

Əqli mülkiyyət hüququnun müdafiəsi sahəsində hüquqi xidmətlər

“Mirzayev and Partners Legal Firm” hüquq şirkəti əqli mülkiyyətin obyektlərinə (müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə) hüququn rəsmiləşdirilməsi və onun müdafiəsi ilə bağlı olan xidmətlərin tam spektrini həyata keçirir. Əqli mülkiyyətin qiymətləndirilməsi, əqli mülkiyyət sahəsində hüquqi məsləhətlər (konsaltinq) və s. kimi spesifik xidmətlər də şirkətimizin fəaliyyət istiqamətlərinə daxildir.

“Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin təklif etdiyi xidmətlər müştərilərin əqli mülkiyyət hüququ ilə bağlı problemlərinin kompleks həllini təmin etməyə yönəlmişdir. Buraya qeydiyyat üçün sənədlərin hazırlanmasından və əqli mülkiyyətin qeydiyyatından başlamış, əqli mülkiyyət hüququ obyektlərinin vərəsəlik məsələlərinə qədər bütün xidmətlər daxildir.

Şirkətimizin hüquqşünasları Azərbaycanda fəaliyyət göstərən xarici biznes nümayəndələri üçün də bu sahədə professional hüquqi xidmət göstərməyə hazırdır. Hüquqşünaslarımız əqli mülkiyyətin hüquqi müdafiəsi ilə bağlı bilik və bacarıqlarını daim təkmilləşdirməkdədirlər.

Əqli mülkiyyət hüququnun müdafiəsi məsələləri ilə bağlı xidmətlərimizə, əsasən aşağıdakılar daxildir:

  • əqli mülkiyyət obyektlərinin hüquqi qeydiyyatı üçün zəruri sənədlərin toplanması, müfaviq orqanlara təqdim edilməsi və bununla bağlı digər işlərin görülməsi;
  • əqli mülkiyyətdən istifadəyə, müəlliflik hüquqlarının keçməsinə və əqli mülkiyyət hüququ ilə bağlı digər məsələlərə (əqli mülkiyyət hüququ obyektlərinin vərəsəliyi də daxil olmaqla) dair müqavilələrin hazırlanması və ekspertizası;
  • patent, gömrük, antiinhisar və digər orqanlarda əqli mülkiyyətin müdafiəsi məsələləri üzrə müştərilərin təmsil edilməsi;
  • əqli mülkiyyətin qiymətləndirilməsi, bazara çıxış və reklam yerləşdirmə, lisenziyalaşdırma, pirat və ya kontrafakt məhsullarla, parallel idxalla (ixracla) mübarizə və s. məsələlərdə məsləhətlərin verilməsi;
  • əqli mülkiyyət hüququ üzrə mübahisələrə dair məsləhətlərin verilməsi, bununla bağlı müvafiq orqanlara ərizə və şikayətlərin hazırlanması;
  • müştərinin məhsulunun saxtalaşdırılması, ticarət markasından icazəsiz istifadə və digər hallarla mübarizədə müştərilərə əməli köməklik göstərilməsi;
  • əqli mülkiyyət hüququnun pozulması faktlarını müəyyənləşdirmək üçün vəkil araşdırmalarının aparılması, sübutların toplanması;
  • əqli mülkiyyət hüququ ilə bağlı məhkəmədə mübahisələrin həllində iştirak (təmsil olunma); bununla əlaqədar bütün lazımi sənədləri hazırlanması və ya toplanması, məhkəmədə müştərinin davranışının strategiya və taktikasının müəyyən edilməsi;
  • əqli mülkiyyət hüququnun pozulması ilə bağlı cinayət işləri üzrə vəkil xidmətlərinin göstərilməsi.

Tərəfdaşlar

Caspian Energy
Iod
Amcham