Əlbəttə ki, Valideynlik hüquqlarından məhrum edilmə, çox xoşagəlməz bir məsələdir. Bunun nəticəsində doğma ata, ana bəzən hətta hər iki valideynlər öz uşağlarının tərbiyəsindən uzaqlaşdırılırlar və eyni zamanda uşağlarını taleyin mərhəmətinə buraxıllar.

Cəmiyyətdə mövcud ümumi bir yanlış təsəvvür budur ki, valideynlik hüququndan yalnız uzun illər alimenti verməyən alkoqol və ya narkotik aludəçisi olan valideyn məhrum edilə bilər.

Belə yanaşma ona gətirib çıxarır ki, məsələn, hətta 10 ildən çoxdur ki, uşağını ümumiyyətlə görməyən valideyninin, valideynlik hüquqularından məhrum edilmə məsələsi qaldırılmır. Həmin uşağa baxmayan valideyn də özünə haqq qazandırır ki: “alkoqolik deyiləm, narkoman deyiləm 50 manat alimentimi də (həqiqətəndə 50 manat aliment verən var) hər ay verirəm. Ona görə də məni heç kim valideyinlik hüququndan məhrum edə bilməz”.

Daha bir səhf fikir ondan ibartədir ki, məsələn: Uşaq altı aydır ki anadan olub valideynləri isə bir ay əvvəl birlikdə yaşamağı dayandırdılar və ana tələb edir ki "Onu valideyn hüquqlarından məhrum edin!" yəni əri.

Həqiqətən, şübhəsiz ki, bu iki yanaşmanın arasında ortada bir yerdədir.

Bəs qanuna əsasən hansı hallarda şəxs valideynlik hüququndan məhrum edilə bilər?

Birincisi, yalnız məhkəmə şəxsi valideynlik hüquqlarınından məhrum "edə bilər" amma bunu mütləq edəcəkdir kimi məhkəmənin bir öhdəliyi yoxdur.

İkincisi, valideyn hüquqlarından məhrum edilmə üçün əsasların siyahısı qanunvericilikdə tam şəkildə müəyyən edilmişdir və bunlar növbətilərdi:

1. ata-ana öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
alimenti qəsdən ödəmədikdə;

2. heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;

3. valideynlik hüquqlarından sui-istifadə etdikdə;
uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;

4. xroniki alkoqol və narkomaniya xəstəsidirsə;

5. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.

Və nahayət, valideynlik hüququndan məhrum edilmə haqqında ərizəni verərkən siz dəqiq bilməlisiniz ki digər tərəfin valideynlik hüququndan məhrum edilməsi sizə və sizin uşağınıza nə üçün lazımdır. Bununla siz nə əldə etməyi düşünürsünüz?

Onu da qeyd etməliyik ki, valideynlik hüququndan məhrum edilən valideyn öz uşağını böyütmək hüququnu itirir, onun uşaq bağçasındaki, məktəbdəki uğurları və problemləri ilə maraqlanmaq hüququ olmur.

Şəxs valideynlik hüquqlarından məhrum oluduqdan sonra uşağa nəyəsə icazə vermək və ya qadağan etmək hüququnu da itirir. İlk növbədə, bu, uşağın xarici ölkəyə aparılması ilə bağlı icazə və qadağalara, habelə tibbi yardıma müraciətlə bağlıdır.

Valideynlik hüquqlarından məhrum olan şəxs uşağının ölümündan sonra ondan qalan əmlaka varis ola bilməz, lakin uşaq valideyn hüququndan məhrum edilmiş ata-ananın əmlakının varisi olur.

Bundan əlavə qeyd etmək lazımdır ki, valideynlik hüquqlarından məhrum edilmə şəxsi aliment ödəmək öhdəliyindən heç bir şəkildə azad etmir. Yəni şəxs valideynlik hüququndan məhrum edilsə belə aliment ödəməyə davam etməlidir.

Valideynlik hüquqlarından məhrum olunmasına baxmayaraq, məhrum edilmiş valideynin digər qohumlarının (misal üçün baba və nənənin) uşağa münasibətdə hüquqları itirilmir.

Bəs valideyn, valideynlik hüququndan məhrum edildikdən sonra onun uşağı digər şəxs tərəfindən övladlığa götürülə bilinərmi?

Bəli, misal üçün ata valideynlikdən məhrum edildikdən sonra onun övladı anasının yeni əri tərəfidnən övladlığa götürülə bilinər (məhrum etmədən 6 ay keçdikdən sonra).

 

Qulam İsmayılzadə

Vəkillər Kollegiyasının üzvü, “Mirzəyev və partnyorları” vəkil bürosunun vəkili.

Tərəfdaşlar

Caspian Energy
Iod
Amcham