Hüquq elmləri namizədi, “Mirzayev and Partners Legal Firm”  MMC-nin təsisçisi və baş direktoru Şaiq Mirzəyev Avropa Liqasının final matçında Bakıya səfər edəcək Böyük Britaniya vətəndaşlarına hüquqi xidmətlərin göstərilməsi barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə müraciət etmişdir  . Müraciətin əsas məqsədi ingilis mediasında Böyük Britaniya vətəndaşlarının Bakıda olduğu müddət ərzində baş verə biləcək risklər və təxmin edilən təhlükələr barədə məlumatlar olub. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də "Bakıda terror və kriminal vəziyyət" barədə yanlış məlumatlar yayıb.

“Mirzayev and Partners Legal Firm” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanın hüquq-mühafizə orqanları, eləcə də müvafiq dövlət orqanları təhlükəsizliyi, ictimai asayişi tam şəkildə təmin edir və ölkədə sabitliyinə zəmanət verir.

Bunu nəzərə alaraq, hüquq firması Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə xüsusi müraciət ünvanlayıb və qeyd edib ki, ingilis mediasında Azərbaycanın paytaxtında baş verə biləcək risklər barədə məlumatlar həqiqətə uyğun deyil.

Bundan başqa, “Mirzayev and Partners Legal Firm” MMC Böyük Britaniyanın bütün vətəndaşlarına Bakıda olduqları zaman pulsuz hüquqi yardım göstərməyə və məsləhət verməyə hazır olduğunu bildirib.

Tərəfdaşlar

Caspian Energy
Iod
Amcham